"Mənim Həcimə yüzü qurban, kim kimdən qız doğub, mənə nə?" - Şəbnəm SÜKUTU POZDU

ŞOU-BİZNES 25 okt 2018, 20:31

"Uşağın atası hansı kişidirsə, onun arvadı şoka düşsün, mənə nə?"

Demokrat.Az xəbər verir ki, bu sözləri big.az-a açıqlamsında müğənni Şəbnəm Tovuzlu deyib. Xanım ifaçı bildirib ki, həmkarı Vəfa Şərifovanın uşaq dünyaya gətirdiyi iddia edilən Famil Xəlilovla adının hallanması sadəcə gülməlidir:
 

"Kim harda, gizlin, ya da açıq-açkarda doğub, kimdən uşaq dünyaya gətirib, bütün bunlarla maraqlanmıram, vaxtım da yoxdur, Saratovda, Moskvada konsertlərim var, onlara başım qarışıqdır. Şükür Allaha, həyat yoldaşım, övladlarım yanımdadır. Bəlkə kimlərsə nədənsə kimlərdənsə qorxur, elədiyini üzə çıxara bilmirsə, ondan mənə nə? Allah hamının övladını özünə bağışlasın. Mənim ərim oğlunu həvəslə öz qucağında hər yerdə gəzdirir. Əli Həci üçün dünyadır, əsli, köküdür, adı, sanıdır. Hamı da bilir ki, mən ailəmə, sevdiyim şəxsə, övladlarıma düşkünəm. Məni yalnız mənim olanlar maraqlandırır, başqa heç nə".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top