“Mikayıl Müşfiq ən yaxşı yerdə dəfn edilməyə layiqdir” - Seyran Səxavət

GÜNDƏM 25 okt 2018, 16:01
“Bununla da Azərbaycanın bir ziyarət yeri də artıq olar”
 
Demokrat.Az xəbər verir ki,bunu moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. S.Səxavət bildirib ki, kaş elə sümüklərin şairə aid olduğu təsdiqlənsin:
 
“Kaş elə sümüklərin Mikayıl Müşfiqə aid olduğu təsdiqlənsin. Qaldı ki, bu gün Mikayıl Müşfiq ən yaxşı yerdə dəfn olunmağa layiqdir. Onlardan biri də bizim böyük sənətakların əksəriyyətinin dəfn edildiyi Fəxri Xiyabandır. Əbəttə Müşfiq də orda dəfn olunmağa layiqdir. Əsas onun sümüklərinin tapılmasıdır, Allah eləsin sümüklər ona aid olsun. Bunun üçün dua etməliyik. Hər halda qəbrin yerinin bilinməsi yaxşı şeydir. Bununla da Azərbaycanın bir ziyarət yeri də artıq olar”.
 
Xatırladaq ki, bir neçə gündür ki, şair Mikayıl Müşfiqinin Qaradağ rayonunun Buta qəsəbəsində meyitinin qalıqlarının tapılması barədə məlumat yayılıb. Sözü gedən qalıqların tədqiqi üçün Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı qurumlarla birgə araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top