“Oğurluq etmir ki?” - Misir Mərdanov qızının TƏHSİL KOMPLEKSİ AÇMASINDAN DANIŞDI

MARAQLI 24 okt 2018, 23:28

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi sentyabrın 5-də “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb. 

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54, nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi isə Azərbaycanın keçmiş təhsil nazirinin qızı – Samirə Misir qızı Mərdanovanın olduğu bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov qızının Təhsil Kompleksi açmasından danışıb. Unikal.org-a açıqlama verən Misir Mərdanov yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib: 

“Bunlar hamısı boş şayiələrdir. Görünür məni istəməyən şəxslər belə məlumat yayırlar. Gözlərinizlə görmədiyiniz məsələlərə inanmayın. Qızım təhsil kompleksi aça bilər. Burada nə var? Oğurluq etmir ki? Belə şey olsa mənim xəbərim olardı, qızım hər halda bunu mənə deyərdi.”

Məsələylə bağlı Samirə Mərdanova da Unikal.org-a açıqlama verib. S.Mərdanova barəsində yayılan xəbərə gülümsəyərək bildirib ki, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və metodika kafedrasının dosent vəzifəsində çalışır: 

“Hazırda BDU-dakı vəzifəmin başındayam. Yayılan məlumatlar tamamilə yalandır. Əgər Təhsil Kompleksini açsaydım indi orada olardım”.

samir

Maraqlıdır, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 54 ünvanda  nizamnamə kapitalı 500 manat olan “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-ni dövlət qeydiyyatından keçirən  Samirə Misir qızı Mərdanova Azərbaycanın keçmiş təhsil nazirinin qızı deyilsə, kimdir?

Yox əgər odursa, niyə təkzib edirlər? Misir müəllim demiş, oğurluq etmirlər ki! 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top