"Ayaz Mütəllibov xalqı aldadıb deyirdi ki, Xocalıda 2 nəfər adam ölüb" - Deputatdan sabiq Prezidentin ünvanına SƏRT SÖZLƏR

GÜNDƏM 24 okt 2018, 14:55

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun “AXC imkan versəydi, Xocalını da geri ala bilərdik” fikirlərinə cavab verib. 


F.Ağamalı Demokrat.Az-a açıqlamasında Ayaz Mütəllibovun bu cür fikirlərlə özünü təmizə çıxartmağa cəhd etdiyini bildirib.


Deputat deyib ki, Xocalı hadisələrində Ayaz Mütəllibov birbaşa məsuliyyət daşıyır:


"Ay Ayaz Mütəllibov, axı Xocalı yerlə-yeksan olandan sonra Siz onu necə geri alacaqdınız? Məhz Sizin yarıtmaz fəaliyyətiniz nəticəsində Xocalı faciəsi baş verdi. Bununla bağlı Xocalının keçmiş icra başçısı, deputat Elman Məmmədov dəqiq məlumatlara malikdir. Tövsiyə edirəm ki, bu məsələ ilə bağlı Elman Məmmədova da müraciət edin. 

Bilirsiniz, Xocalının işğalı və günahkarları ilə bağlı dəfələrlə müzakirələr gedib. Həmin dövrdə nə qədər Ayaz Mütəllibova zəng vurulub xahiş edilib ki, Xocalıya əlavə qüvvələr yeridilsin, sakinlərə yardım olunsun və sairə. O zaman Xocalıda özünümdüfaiə batalyonlarının hesabına müəyyən qədər ermənilərə müqavimət göstərmək mümkün oldu. Ancaq 366-cı rus batalyonunun və ermənilərin böyük hərbi gücü nəticəsində Xocalıda qətliam törədildi, şəhər yerlə yeksan edildi. Məhz Ayaz Mütəllibovun səriştəsizliyinə görə Xocalı faciəsi baş verdi". 

 

Похожее изображение


F.Ağamalı qeyd edib ki, Xocalının işğalında və orada törədilən hadisələrdə Ayaz Mütəllibov birbaşa məsuliyyət daşıyır:


"İndiyə kimi yaxşı yadımdadır, Ayaz Mütıllibovun daxili işlər naziri xalqa yalandan məlumat verdi ki, guya Xocalıda yalnız 2 nəfər qarşıdurma nəticəsində ölüb. Ancaq rəhmətlik Çingiz Mustafayev Xocalıda çəkdiyi kadrları Ayaz Mütəllibov kimi adamlara nümayiş etdirdi ki, Xocalıda heç də 2 nəfər adam qarşıdurma zamanı ölməyib, Xocalıda ermənilər soyıqırım törədiblər. Ayaz Mütəllibov isə bu faciəni xalqdan gizlətməyə çalışırdı. Ola bilsin ki, burada Ayaz Mütəllibovu hakimiyyətdən yıxmaq üçün Azərbaycan Xalq Cəbhəsinin də qurduğu oyunlar var idi. Mən bunu dəqiq deyə bilmərəm. Amma bütün bunların məsuliyyətini prezident kimi Ayaz Mütəllibov daşıyırdı. Həmin vaxtı Ayaz Mütəllibov prezident idi, onun daxili işlər naziri, milli təhlükəsizlik naziri vardı, bölgələrdə rayon və şəhər rəhbərləri var idi. Lakin faktiki olaraq Ayaz Mütəllibov hakimiyyəti idarə edə bilmirdi. O, bunu dərk edib, ölkəni idarə edə biləck yeganə şəxsiyyətin - Heydər Əliyevin hakimiyyətə gəlməsinə çalışsa idi,  xalqla bərabər olsa idi ölkə həmin fəlakətləri yaşamazdı. Daha Heydər Əliyevin Bakıya gəlməsinə və Bakıda yaşamasına qadağa qoymazdı. Bütün bu günahların qarşısında Ayaz Mütəllibov ən azı susmalıdır.  

Mən bu yaxınlarda Ayaz Mütəllibovun bir müsahibəsini də oxudum. Orada qeyd edir ki, guya Çaykəndlə bərabər, Kamonudaişğaldan azad edib. Bu, yalandır. Bəli, rusların köməyiləkeçirilən əməliyyat nəticəsində Çaykənd ermənilərdən azad edildi. Ancaq Mixaylovka, Kamo və Azad kəndlərinin  erməni quldurlarından azad edilməsinə birbaşa rəhbərlik edən mən və rəhmətlik Əli Nadirov və Azərbaycanın qeyrətli Vətən oğulları olub. Həmin qeyrətli oğullar Göygöldən, Tovuzdan, Yevlaxdan, Göyçaydan,  Sabirabaddan, Gəncədən və digər yerlərdən gəlmişdilər. Bu adamların hesabına biz həmin əraziləri ermənilərdən azad etdik. Döyüş zamanı ortalıqda 16 erməni, 2 rus meyitləri qalmışdı. Ayaz Mütəllibov tez-tez fəxrlə deyir ki, mən Çaykəndi işğaldan azad etmişəm və sairə. Bəli, bunu o edib və heç kəs bunu danmır. Ancaq Kamo və Azad kəndlərinin azad edilməsinin Ayaz Mütəllibova heç bir dəxli yoxdur. Mən çox istərdim ki, o, siyasətdən kənarda olsun, bu cür fikirləri deyib cəmiyyətdə qıcıq yaratmasın, özünü təmizə çıxartmağa çalışmasın və konfort həyatını yaşamaqda davam etsin".


Demokrat.Az   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top