"Təki hər kəsin atası anam kimi olsun" - Səmra Rəhimli (FOTOLAR)

ŞOU-BİZNES 24 okt 2018, 12:27

"Anamla prodüser, ana, dost və onlardan əlavə çox yaxın rəfiqəyik. İşimdə də anamdan başqa kim ən yaxşısını etməyə çalışar ki, mənim üçün? Məktəbdə oxuyanda bir sirrim var idi, anama dedim. Gördüm ki, anamla hər şeyi danışa bilərəm".


 
Bu sözləri "Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli "Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim” adlı sənədli filmində deyib. Müğənni uşaqlıq xatirələrindən söz açıb:

 

"Adım ərəb adıdıdr. Tərcüməsi əsmər deməkdir. Adım tez- tez rast gəlinən ad deyil. Məktəbdə də, universitetdə də tək Səmra mən idim. Həmişə hiss etmişəm ki, adım da səhnəlikdir. Mən elə əvvəldən hazır gəlmişəm.


Oğlan təbiətli olmuşam, hər zaman oğlanlarla dostluq etmişəm. Evlərin damına çıxırdım. Hətta bir dəfə yıxıldım. Ağac var idi. Əlimi atdım budağına, elə bildim saxlayacaq məni. Düşdüm aşağı və heç nə olmamış kimi qalxdım. Paltaryuyan maşınlar var idi ki, su töküb işlədirdin. Anam ora qaynar su tökmüşdü. Deyirdim yəqin su artıq soyuyub. Götürdüm qaynar su töküldü üstümə. Ayaqlarım çox pis yanmışdı”. 

 

Anası ilə yaxın olduğunu vurğulayan Səmra atası haqda danışmaq istəmədiyini deyib:

 

"Atamla bağlı heç danışmaq istəmirəm. Bəzi insanlar var ki, düşünürlər atasız çətindir.  Amma mən sevinirəm ki, anamın qızıyam. Yaxşı ki, hər şey belə olub. Təki hər kəsin atası mənim anam kimi olsun”. 

 

İfaçı sənətdə özünə rəqib görmədiyini vurğulayıb:

 

"Həmişə anama deyirdilər ki, qızın müğənni olacaq, ona necə baxacaqlar? Mənə də eyni sözləri deyirdilər. Mən özümə deyirdim ki, sən özünü təsdiqləyəcəksən. Fəxr edirəm ki, müğənniyəm.

 

Düşünmürdüm ki, konsertdə, televiziyada insanlar mənə baxacaq. Amma mənim üçün qürurverici idi. Bizim sfera elədir ki, sənə hər zaman pislik etməyə çalışırlar.  Heç kimə pislik etməmək lazımdır ki, sənə paxıllıq etməsinlər. Çünki bilirlər ki, qarşılarındakı kimdir. Amma mən özümə heç kimi rəqib bilmirəm”.

 

S.Rəhimli məktəb həyatından və qarşısına qoyulan məqsədlərdən söhbət açıb:

 

"Həmişə deyirdilər ki, sənə deyilən iradlara niyə cavab vermirsən. Məndə uşaqlıqdan belə olub. Məktəbdə də, universitetdə də həmişə müzakirə olunmuşam. Özüm çox mülayim insanam. İnsanlar mənə yalan deyəndə, səhv edəndə onları bağışlamıram.

 

Mən musiqisiz xoşbəxt ola bilmərəm. Dəlicəsinə sevəcəyim adam da bunu bilməlidir ki, mən onu sevə bilim. Düşünün ki, nəyisə sevirsiz, amma qarşınıza sədd qoyurlar. Məsələn, həmişə müğənni olmaq istəmişəm. Deyirdilər ki, "O səs Türkiyə”yə, başqa verilişlərə getməyə çox şey lazımdır. Hər zaman hamıya təsdiqləmişəm ki, heçnə yox, insanın özü lazımdır”.

 

 

Axşam.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top