Badamdarda sürüşmə davam edir

HADİSƏ 24 okt 2018, 10:44

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında xırda uçqun prosesləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən,ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir.

Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top