Erməni oliqarxın məclisində Azərbaycan rəqsi - Buzova oynadı +Video

HADİSƏ 23 okt 2018, 23:12

Rusiyanın məşhur pop ulduzu Olqa Buzova erməni oliqarx Boris Avakyanın xanımı Yuliya Avakyanın ad günündə iştirak edib.

Aparıcılar Gera İvasçenko və Kseniya Borodina Olqanı səhnəyə dəvət ediblər. Onlar sənətçiyə “Erməni milli rəqs hərəkətlərini bilirsinizmi” deyə sual ünvanlayıblar.

Elə bu zaman Buzova səsləndirilən musiqinin sədaları altında rəqs etməyə başlayıb. Erməni rəqsi kimi təqdim edilən həmin musiqi isə Azərbaycanın qədim oyun havası olan “Şalaxo” (Şələqoy) olub. 

Qeyd edək ki, “Şalaxo”nun ritmi 6/8-lik dir. Bu rəqs azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də yer alıb.

Mahnı Azərbaycanla yanaşı, Gürcüstanda da populyardır. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top