Məmmədyarov: "Ermənistan ölkəmə qarşı hərbi təcavüzü davam etdirir"

SİYASƏT 23 okt 2018, 21:11

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü davam etdirir.

Bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. 

 

Onun sözlərinə görə, Bakı KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoqu və əməkdaşlıq əlaqələrini inkişaf etdirir. 

“Təbii ki, Azərbaycana qarşı hərbi təcavüzü davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə yaşayan azərbaycanlıların qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu məsələdə istisnadır”, - nazir qeyd edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top