Sabah Bakının mərkəzində su olmayacaq

SOSİAL 23 okt 2018, 20:46

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 24 oktyabr 2018-ci il tarixində səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bu barədə Demokrat.Az-a "Azərsu” ASC-dən məlumat verilib.

 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top