Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə hökm oxundu

KRİMİNAL 23 okt 2018, 19:59

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mirzə Şəmsiyevə hökm oxunub.

 

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M.Şəmsiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Zərərçəkmiş F.Ulutürk ona dəyən ziyanın ödənilməsini tələb edib. Təqsirləndirilən M.Şəmsiyev ondan 4 min manat alaraq əri X.R.Ulutürkün yubileyi münasibəti ilə kitablarını yenidən nəşr etdirəcəyini vəd edib. Lakin vədini yerinə yetirməyərək qadını aldadıb və aldığı pulu mənimsəyərək qaytarmayıb.

 

M.Şəmsiyev daha bir neçə nəfəər qarşı ümumilikdə 100 min manatdan çox miqdarda dələduzluq etməkdə ittiham edilir .


/Modern.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top