Sərxoş oğul valideynlərini döydü

HADİSƏ 23 okt 2018, 16:13

Sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alması barəsində Daşkəsən rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Firdovsi Bağırov saxlanılıb.

 

İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub. İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top