"Yaxın gələcəkdə Azərbaycanın milli robotu da olacaq" — Misir Mərdanov İmişlidə təqdim olunan məşhur robotdan DANIŞDI

MARAQLI 23 okt 2018, 16:56

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov ötən gün İmişlidəki “ASAN Həyat” kompleksində Prezident İlham Əliyevə təqdim olunan dünyaca məşhur robot “Sophia”dan danışıb.


M.Mərdanov "Ölkə.Az"a açıqlamasında bunun əhəmiyyətli hadisə olduğunu bildirib. 


Sabiq nazir deyib ki, məşhur robotun Azərbaycana gətirilməsi çox mühüm hadisədir:


"Cənab Prezidentin İmişliyə səfəri, orada etdiyi açılışlar və dünyaca məşhur robotun ölkəmizə gətirilməsi çox mühüm hadisələrdir. Bu onu göstərir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, elm və texnologiyalar sahəsində də inkişaf edir. Yəni, dünyanın aparıcı dövlətləri ilə yanaşı getmək istiqamətində ciddi addımlar atır. Bu, çox böyük uğurdur. Ümumiyyətlə, məşhur robotun Azərbaycana gətirlməsi çox əhəmiyyətli hadisədir". 


M.Mərdanov əminliklə vurğulayıb ki, Azərbaycan alimləri qısa müddətdən sonra yeni uğurlara imza atacaq:


"Azərbaycan alimləri tərəfindən "Nobel" mükafatı almağa cəhdlər etmək olar. İnşallah gözləyək ki, yaxın gələcəkdə belə sevincli hadisələri də yaşayacağıq. Hətta, mənim şübhəm yoxdur ki, yaxın gələcəkdə Azərbaycanın milli robotu da olacaq".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top