Büdcədən təhsil və səhiyyəyə ayrılan vəsait artırılır

İQTİSADİYYAT 23 okt 2018, 14:54

Azərbaycanda səhiyyə, təhsil sahəsinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait artırılır.

 

“Report”un xəbərinə görə, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur.

 

Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq. Bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinə 2019-cu ildə dövlət büdcəsindən ayrılacaq vəsait də artırılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top