Bu il Azərbaycanda 4,3 mln ton neft emal edilib

İQTİSADİYYAT 17 okt 2020, 23:37

Azərbaycanda neftin emala təhvili 2020-ci ilin 9 ayında 4 mln 347 min ton təşkil edib.


Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir.


Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 385,9 min ton az olub.


Qeyd edək ki, Azərbaycanda neft emalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top