Kəmaləddin Heydərovun oteli bağlandı — FOTOLAR

HADİSƏ 22 okt 2018, 21:55

Lənkəranda yerləşən “Qafqaz Sahil Hotel”in rəsmən bağlandığı açıqlanıb. Hotelin əməkdaşlarının verdiyi məlumata görə, otel fəaliyyətini oktyabrın 22-də dayandırıb.


Onlar bildiriblər ki, “Gilan Holdinq”ə daxil olan “Qafqaz Sahil Hotel” sabahdan rəsmən fəaliyyət göstərməyəcək.


2008-ci ildən fəaliyyət göstərən və həmin il ölkə başçısı İlham Əliyev tərəfindən rəsmi açılışı edilən otelin 42 işçisi olub.


“Ayın 8-də bildirişə qol çəkdik. Dedilər ki, 15 gün sonra hotel rəsmən bağlanır. Sabah son gündür. 42 professional personal işsiz qaldı. 10 il idi ki, burada çalışırdıq. 8 oktyabr 2008-ci ildə açılışı olmuşdu, 22 oktyabr 2018-ci ildə də bağlandı. Heç kəsə də kompensasiya verilməyib hələ ki. Amma deyiblər ki, verəcəyik”, – onlar bildiriblər.

 

Картинки по запросу Qafqaz Sahil Hotel


Hoteldən bağlanmaqla bağlı məlumatı Arqument.Az-a təsdiqləyiblər. Bildiriblər ki, hamı işdən azad olunub və sabahdan qonaq qəbul olunmayacaq.


“Gilan Holdinq”ə daxil olan “Qafqaz Sahil Hotel” 2008-ci ildən fəaliyyət göstərirdi.


Hotelin Fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunurdu./Arqument.az/

Похожее изображение

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top