“Azəri Vandam”ı Bakıda döydülər - "Bambılılıq etmə"

HADİSƏ 22 okt 2018, 17:38

Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.

 

Demokrat.Az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.

Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq etmə, ətrafda insanlar var” deyib. “Azəri Vandam”ın gəncə cavab qaytarması ona baha başa gəlib.

Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc “Azəri Vandam”ı sillə-təpiyə “qonaq edib”. Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top