"Müstəqillik Günümüzün tarixinə kölgə salmaq mümkün deyil" - Etibar Məmmədovdan Mir Şahinə CAVAB

GÜNDƏM 22 okt 2018, 16:58

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov tanınmış telejurnalist Mir Şahin Ağayevin 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Gününün bayram olmaması haqqında söylədiyi fikirlərə cavab verib. 


Etibar Məmmədov Demokrat.Az-a açıqlamasında deyib ki, Mir Şahin Ağayev belə fikirlər söyləməklə səhvə yol verir:


"Bu səhv fikirdir. Mən bilmirəm ki, Mir Şahin Ağayev bunu nə məqsədlə deyib. Ancaq 18 oktyabr Azərbaycanın tarixi günüdür, bayramdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi rəsmi olaraq Konstitusiya Aktı ilə bərpa edilib. Məhz həmin Konstitusiya Aktından sonra xarici dövlətlər Azərbaycanın müstəqilliyini tanımağa başlayıb. Bu günün tarixinə kölgə salmaq mümkün deyil".


AMİP lideri bildirib ki, 18 oktyabr Azərbaycanda bayram günü kimi qeyd olunur:


"Əvvəllər 18 oktyabr rəsmi şəkildə bayram günü kimi qeyd olunurdu. Çox təəssüf ki, bəzi adamların təşəbbüsü ilə sonradan 18 oktyabr iş günü kimi elan edildi. Ancaq xalqımız bu günü bayram qeyd edir. Şübhəsiz ki, 18 oktyabr qeyri-iş günü kimi qalmalıdır. Maraqlısı odur ki, hər il 18 oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Azərbaycan Prezidentinə təbrik məktubları göndərilir. Amma eyni zamanda həmin gün iş günü kimi qalır. Hesab edirəm ki, 18 oktyabr da qeyri-iş günü olmalıdır".


Demokrat.Az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top