"Polad Bülbüloğlu səfir vəzifəsindən geri çağırılsın!" - Polkovnikdən Prezidentə ÇAĞIRIŞ

HADİSƏ 22 okt 2018, 15:03

Əziz dostlar! Hörmətli həmkarlar!


Təkrar da olsa, yazıram. Mən çox nadir hallarda bir gündə iki və ya artıq status yazıram. 


Bir qədər əvvəl dəyərli dostlarımızdan biri bir sənəd paylaşıb. Onu aşağıda mən də sizlərin diqqətinizə çatdırıram. Bu Rusiya Federasiyasının RƏSMİ dövlət orqanlarının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə AÇIQ şəkildə hörmətsizliyin və saymazlığın daha bir növbəti bariz nümunəsidir. Doğrusu, mən ölkə prezidenti cənab İlham Əliyevdən nəhayət ki, Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılmasını təkidlə xahiş edirəm. Bu adam artıq qocalıb və tükənib. Bu şəxsi mən hələ 1980-ci illərin sonlarından tanıyıram, şəxsi görüşlərimiz də olub. Şəxsiyyətinə toxunmadan demək istəyirəm ki, Polad müəllim, artıq TÜKƏNİB. Rusiya kimi strateji və vacib bir ölkədə Azərbaycanın gənc, enerjili və bacarıqlı bir səfiri olmalıdır. 

 


Vallah, Polad Bülbüloğluluq deyil artıq Rusiyada səfir vəzifəsi. Yaşı da keçib, başı da. Ermənilər nə istəyirlər onu da Moskvanın göbəyində, eləcə də ayrı-ayrı şəhərlərdə rahatca edirlər. Bu adam isə deyəsən, Bakıda mədəniyyət naziri olduğu zaman o qədər də xoş olmayan bəzi hərəkətlərindən, vərdişlərdən əl çəkmir. Mənə elə gəlir ki, maşalar, nataşalar və digərləri onun çox vaxtını alır. Onun Azərbaycan dövlətinin maraqları ilə yaxından məşğul olmağa vaxtı çatmır. Ay kişi, ay Qarabağlı balası, axı sən bu cürə ilk baxışda xırda olan, amma çox uzaqgedən məqsədlər güdən faktları görüb susursansa, dur ordan get də...

 

Картинки по запросу polad bülbüloğlu

 
Axı, sənin belə dişsizliyin, siyasi səbatsızlığın, siyasi naşılığın Azərbaycan dövlətinin gələcyi üçün çox zərərli və ziyanlıdır. 


Xarici İşlər Naziri Elmar Məmmədyarovdan demirəm. Bununki kamera və mikrofonlar qarşısında növbətçi gülüş pozasını almaq, dişlərini ağartmaq və guya tolerant diplomat imicini göstərməkdir. Hərçənd ki, onu da başa düşürəm, amma bir çox halarda anlamaqda çətinlik çəkirəm. Rusiya siyasi-hərbi rəhbərliyi açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik göstərir. Və Rusiyadan Qarabağla bağlı hansısa müsbət addımlar gözləmək, sadəcə özün özünü aldatmaqdan başqa bir şey deyil. 

 

Похожее изображение


Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top