"Azərbaycan istəyəndə Ermənistanın büdcəsi qədər maliyyəni bir layihəyə yatırır" - Azər Həsrət

GÜNDƏM 21 okt 2018, 18:53

“Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun işə salınması layihəsi Azərbaycan və Türkiyə arasında gerçəkləşdirilən tək bir layihədir. Təbii ki, maliyyənin böyük bir hissəsini Azərbaycan təmin edib. 6,3 milyard dollar çox böyük bir məbləğdir. Bu Ermənistanın dövlət büdcəsindən də artıq bir məbləğdir. Yəni Azərbaycan istəyəndə hətta Ermənistanın büdcəsi qədər maliyyəni tək bir layihəyə yatıra bilir. Bu isə rəqəm, fakt olaraq da təbiidir ki, böyük bir göstəricidir”.

 

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

 

“Əlbəttə ki, iki qardaş xalqın əl-ələ verərək bu layihəni gerçəkləşdirməsi dünyaya əlavə bir mesajdır. Azərbaycan-Türkiyə ət və dırnaq kimi bir-birinə bağlı dövlətlərdir, xalqlarımız arasında fərq yoxdur, biz qohumuq və qardaşıq. Azərbaycan və Türkiyə Prezidentləri bu gerçəkliklərin üzərindən hərəkət edərək dövlətlərimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan əminliklə o qədər böyük məbləğdə maliyyəni Türkiyəyə yatırır. Niyə? Əslində bu qədər böyük maliyyəni xarici bir dövlətə yatırmaq riskli bir məsələdir. Amma görürsünüz ki, Türkiyəyə yatırmaqda Azərbaycan çəkinmir. Çünki əmindir ki, aradan 100 illər keçsə də Türkiyə ilə münasibətlərimiz heç bir formada korlanmayacaq və aramıza heç kim daxil ola bilməyəcək. Xüsusən də bizim coğrafiyamızda qafqazlarda və yaxın şərqdə baş verən hadisələrdə barmağı olan qüvvələr bundan öz mesajını almalıdır. Azərbaycan və Türkiyə birdir, hər iki dövlətin liderləri, xalqı birdir. Bizim iqtisadi, siyasi maraqlarımız da bir-birindən heçnə ilə fərqlənmir, üst-üstə düşür və bir-birini tamamlayır”-deyə, A.Həsrət fikrini tamamlayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top