Messinin qolu sındı — həkimlər qadağa qoydu

İDMAN 21 okt 2018, 17:41

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun ulduz oyunçusu Lionel Messi İspaniya La Liqasının 9-ci turu çərçivəsində "Sevilya" ilə oyunda qolundan ciddi zədə alıb.

 

Demokrat.Az xəbər verir ki, həkimlər 31 yaşlı futbolçuya 3 həftə meydana çıxmağa qadağa qoyub. Bu səbəbdən Messi qarşıdakı vacib oyunlara, həmçinin "Real" və "İnter"lə matçlara çıxa bilməyəcək.

 

Qeyd edək ki, Messi "Sevilya" klubunun yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra qolundan zədə alıb. Hadisə qarşılaşmanın 26-ci dəqiqəsində Kotolonya təmsilçisi hesabda 2:0 öndə olan vaxt baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top