"Arzu edirəm ki, tezliklə işğal altındakı torpaqlarımızda da işıqlarımız yansın" - Tanrıverdi Mustafayev

SOSİAL 21 okt 2018, 10:21
Prezident İlham Əliyev Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsi təltif edib. Ölkə başçısının “Tərəqqi” medalı ilə təltif etdiyi energetika işçiləri sırasında “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Musatafayev də var. 
 
Tanrıverdi Mustafayev Moderator.az-a açıqlamasında bu münasibətlə ölkə başçısına minnətdarlıq edib:
 
“Ölkə başçısı tərəfindən təltif olunmağımı eşidəndə çox sevindim. Çox sağ olsun. Bu, ölkə başçımız tərəfindən əməyimizə verilən ən yüksək qiymətdir. Bu təkcə mənə yox, bizim əməkdaşlarımıza və rəhbərliyimizə verilən dəyərdir. Energetika peşəsi şərəfli bir peşədir və özüm energetik olmasam da, onlarla 2002-ci ildən bir yerdə ölkə başçısının tapşırıq və göstərişlərini ləyaqətlə yerinə yetirirəm. Ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım həyatımın ən önəmli parçasıdır, bundan böyük qürur hissi keçirirəm. Eyni zamanda “Azərenerji” prezidenti Balababa Rzayevə öz təşəkkürümü  bildirirəm, çünki onun rəhbəri olduğu qurumda çalışıram və onun bu sahədə çox böyük əməyi var. Arzu edirəm ki, tezliklə işğal altındakı torpaqlarımız da işğaldan azad edilər və orda da işıqlarımız yanar. Hər kəsə təşəkkür etmək istəyirəm. Ölkə başçısı tərəfindən təltif olunmağımdan sonra hər kəsi məni təbrik edir. İnsanların mənə olan dost münasibəti məni çox sevindirir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top