"İstəmirsinizsə qulaq asmayın" - Elnarədən Dilçilik İnstitutuna sərt cavab (VİDEO)

ŞOU-BİZNES 20 okt 2018, 22:14

Xəbər verdiyimiz kimi, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyeva “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda keçirilən tədbirdə bir çox müğənnilərin dialekt sözlərdən istifadə etmələrini qeyd etmişdi. 

BAKU.WS-in məlumatına görə, bəzi ifalarında "qadoy alım" sözünü işlətməsi ilə adı siyahıda hallanan əməkdar artist Elnarə Abdullayevanın cavabı çox gecikməyib. 

Belə ki, o, ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində Dilçilik İnstitutuna cavab verib. 

E. Abdullayeva bunları deyib:

"Mən belə danışıram. Heç kim mənə deyə bilməz ki, sən belə yox, elə danış. İstəyirsiniz qulaq asın danışığıma, istəmirsinizsə qulaq asmayın. İstəyir Dilçilik İnstitutu, istəyir kim olursa olsun, mənim dilimi dəyişə bilməz. Mən dilimi, dinimi heç kimə görə dəyişmərəm. Azərbaycanda hamı bir dildə danışası deyilki. Həmin o institutda işləyənlər özləri kimi danışır". 
 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top