Hollandiya və Belçika çempionatları birləşdirilir - İDDİA

İDMAN 20 okt 2018, 16:22

Hollandiya və Belçika çempionatları birləşdirilə bilər.

 

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki ölkənin federasiya nümayəndələri hazırda bu məsələni müzakirə edirlər. Hələlik tərəflər arasında danışıqların ilkin mərhələdə olduğu bildirilir. Onlar gələcəkdə Avropanın “böyük beşlik” çempionatları ilə rəqabət apara bilmək üçün bu addımı atmaq niyyətindədirlər.

 

Əgər Hollandiya klubları öz aralarında razılığa gələ bilsələr, gələn il Beçlika təmsilçiləri ilə rəsmi danışıqlara start veriləcək.

 

Qeyd edək ki, Belçika və Hollandiyadan başqa, İsveç, Danimarka, Norveç və Şotlandiya da bu cür ortaq liqa təşkil etməkdə maraqlıdırlar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top