"Qarabağda xalqın müstəqillik və azadlıq üçün istəklərini dəstəkləyirəm" - Suriyanın dini liderindən SƏRSƏM AÇIQLAMALAR

SİYASƏT 19 okt 2018, 20:29

Suriyanın tanınmış dini liderlərindən olan Şeyx Əhməd Bədr ad-Din Hassun Suriya və dünyanın digər bölgələrindəki münaqişələrlə bağlı Rusiya mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağ haqqında danışıb.


Demokrat.Az xarici KİV-ə istinadla xəbər verir ki, suriyalı dini lider regionda uzun müddətdir mövcud olan münaqişəli ərazilərin artıq həll edilməli olduğunu deyib və onlardan biri kimi Qarabağı misal göstərib.


Suriya dini lideri “mən burada nəyin mübahisəli olduğunu anlamıram. Mən şəxsən Qarabağı və bu xalqın müstəqillik və azadlıq üçün istəklərini dəstəkləyirəm. Və vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin səbəbi dini deyil. Bunun səbəbi xalqın iradəsidir və bunu gözardı etmək olmaz”, - deyə vurğulayıb.


Xatırladaq ki, Suriya dini lideri Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini hələ 2011-ci ildə Suriyadakı dini azlıqlarla bağlı yığıncaqda da dilə gətirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top