"Tüklü oğlanlara nifrət edirəm" - Azərbaycanlı aktrisa

ŞOU-BİZNES 19 okt 2018, 18:30

Aktrisa Ülfət Bəşir "Ulduza sual" rubrikasının qonağı olub.


O, primetime.az-ın instaqram səhifəsindən onu ünvanlanan sualları cavablandırıb.


Ülfət bir aktrisa kimi kamera önündə heç bir problem yaşamadığını, hər bir obraza girə biləcəyini bildirib. Amma özü barəsində bir o qədər də danışmağı sevmədiyini söyləyib.


Daha sonra aktrisa hələ ki, evlənməyi düşünmədiyini qeyd edib. Evlənəcəyi halda isə gələcək həyat yoldaşının aşağıdakı parametrlərdə olmasını arzulayıb:


"Bir insan zahiri görünüşcə mənim xoşuma gəlməsə, onunla münasibətə girə bilmərəm. Hündürboy, idmançı, "babyface" (uşaqsifət) olsa, yaxşı olar. Tüksüz olsun. Nifrət edirəm tüklü oğlanlara. Ən əsası mənə dözsün".


Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top