Rusiya yaxasını asanlıqla qurtara bilməyəcək - YENİ SANKSİYALAR GƏLİR

SİYASƏT 19 okt 2018, 15:57

ABŞ-ın Demokratlar Partiyasından olan qubernator Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. 


Demokrat.Az xəbər verir ki, Nyu-Cersi ştatının qubernatoru Filipp Merfi bildirib ki, partiyası bu ölkəyə qarşı yeni sanksiyalar hazırlayır.


“Handelsblatt"ə müsahibəsində qubernator bildirib ki, Rusiya indiki sanksiyalardan asanlıqla yaxa qurtarıb: 


"Bunlar Rusiyanın mövqeyinə əsaslı təsir edə bilməyib. Biz tədbir görəcəyik. Bu, təkcə diplomatik təşəbbüslər olmayacaq,  həm də sanksiyalar olacaq".(Cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top