Badamdardakı sürüşmə zonasında SON VƏZİYYƏT

GÜNDƏM 18 okt 2018, 20:29

Badamdarda sürüşmə zonasında vəziyyət dəyişməz olaraq qalır.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Demokrat.Az-a verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.

Son Məlumata görə, sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top