“Müstəqillik haqqında akt xalqın təzyiqi altında qəbul edilib” - Mehman Əliyev

SİYASƏT 18 okt 2018, 13:22

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümüdür. 

 

Ümummilli iftixar günü ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev müstəqilliyin əldə edilməsində medianın roluna diqqət çəkməklə yanaşı, bu aktın hansı situasiyada qəbluna da aydınlıq gətirib:

 

“Əlbəttə ki, medianın müstəqilliyin əldə edilməsində böyük rolu olub. O zaman Azərbaycanda internet yox idi. Televiziya kanalları dövlətin nəzarəti altında idi. Müstəqil çap mediası var idi. Onlar əsas informasiya daşıyıcıları idi. Cəmiyyətdə gedən proseslər, söylənən fikirlər medianın vasitəsi ilə kütlə arasıdna yayılırdı. Media cəmiyyətlə siyasi proseslər, siysi partiyalar arasında bir vasitəçi idi. Medianın rolu bu məsələdə olduqca böyükdür.


Rus inqilabında “Pravda”, “İskra” qəzetləri necə mühüm rol oynayırdısa, mediamız da müstəqilliklə bağlı fikirlərin yayımasında, insanların səfərbər edilməsində belə bir rol oynadı. Çünki insanlar arasında kommunist düşüncəli şəxslər də az deyildi. Onlar bu aktı qəbul etmək istəmirdilər. Bu aktı milli həərkatın fəalları xalqa güvənərək qəbul etdilər.  Onlar xalqa güvənərək hakmiyyəti məcbr etdilər ki, müstəqillik elan olunsun. Aktın qəbul oluması təzyiq altında olub. Hakimiyyət bunu etmək istəməyib. Bu akt milli hərəkatın və xalqın təzyiqi altında qəbul edilib”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top