İranda qadınlar futbola baxa bilməyəcək - ŞOK QADAĞA

MARAQLI 18 okt 2018, 10:53

İran İslam Respublikasında qadınların futbola baxması qadağan olunur.


Demokrat.Az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.


İranın Baş Prokurorluğunun başçısı Mohamməd Cəfər Montəzeri qadınların futbola baxmasının qadağan olunması barədə fikir səsləndirib.


Baş prokuror bu qadağanın İranın İslam dövləti, əhalisinin müsəlman olduğu üçün qüvvəyə minməsini arzu edib.


“Biz müsəlmanıq və müsəlman qadınlar stadionda şortikdə qaçan kişilərin açıq bədən üzvlərinə baxması şəri cəhətdən haramdır. Ona görə hesab edirəm ki, qadınların futbola baxmasında haram nöqtələr olduğu üçün qadağan olunmalıdır” – deyə, Baş prokuror fikrini əsaslandırmağa çalışıb.


Qeyd edək ki, Baş prokuror bu fikri paytaxt Tehranda keçirilən İran-Boliviya oyununda qadın və kişilərin birlikdə azarkeşlik etməsindən sonra yaranan izdihama görə səsləndirdiyi bildirilir.(A24.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top