Qubada yük maşını aşıb, ölən var - FOTO

HADİSƏ 18 okt 2018, 00:10

Qubada yük maşını aşıb.”Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Təngə meşəsi ərazisində baş verib.


Təngəaltı kəndin sakini Xalid Abidovun idarə etdiyi yük avtomobili ilə dağlıq relyefli meşədə hərəkətdə olarkən odun yükü ilə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə Qrupunun canlı qüvvəsi və texnikası cəlb edilib.


Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top