"Fənərbaxça" 5 futbolçusu ilə yollarını ayırır

İDMAN 17 okt 2018, 22:45

“Fənərbaxça” qış fasiləsində 5 futbolçusu ilə  yolları ayırmağı planlaşdırır.

 

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı məlumata görə, “sarı-göy”lər  Mateu Valbuena,  Roberto Soldado, Aatif Çaheçouhe, Nabil Dirar və Ozan Tufanı satmaq fikrindədir. 

 

Bununla büdcəni artırmağı hədəfləyən İstanbul təmsilçisi eyni zamanda iki futbolçu -  yarımmüdafiəçi və mərkəz müdafiəçisi transfer etmək niyyətindədir. Klub rəhbərliyi gənc və istedadlı futbolçuları heyətə cəlb  etməyi düşünür. 

 

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Supeliqasında 9 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top