21 yaşlı gənc qoz ağacından yıxılıb öldü

HADİSƏ 17 oktyabr 2018, 19:27
Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.
 
Demokrat.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.
 
Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top