Bakıya yağan yağış "kanalizasiya seli" yaratdı - VİDEO

HADİSƏ 17 okt 2018, 16:36

Səbail rayonu Bayıl qəsəbəsi Vüqar Muradov küçəsinin sakinləri üzləşdikləri durumdan şikayətçidirlər. 


Onlar Sputnik Azərbaycan-a göndərdikləri müraciətdə bildirirlər ki, yağışlar yağan kimi küçədən keçmək mümkün olmur.


"25 ildir ki, yağış və kanalizasiya sularından əziyyət çəkirik. Yağış yağan kimi evdən çölə çıxmaq mümkün olmur. Səhər uşaqlar məktəbə, böyüklər işə gecikir. Çünki dizdən aşağı sel gedir ərazidən. Şəhərin mərkəzi hesab edilən ərazilərdə küçələrin bu vəziyyətdə olması biabırçılıqdır" — şikayətçilər qeyd edirlər.


Sakinlər redaksiyamıza küçədə mövcud durumu əks etdirən video-görüntü də göndəriblər.


Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən (SRİH) Sputnik Azərbaycan-a bildirilib ki, ərazidə olan bütün evlər qeyri-qanuni tikilmiş "gecəqondulardır": 


"Orada kanalizasiya sistemi, ümumiyyətlə, yoxdur. Küçə sakinləri kanalizasiya sularını şambalara axıdırlar. İcra Hakimiyyətinin müraciəti əsasında 20-ci sahə ərazisində kanalizasiya sisteminin qurulması dövlət proqramına daxil edilib. Ancaq bu proqramın nə zaman reallaşacağı hələlik məlum deyil".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top