Rəşid Mahmudovun vəziyyəti ağırlaşdı - Reanimasiyaya yerləşdirildi

HADİSƏ 16 okt 2018, 17:24

Tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.


Klinikadan A24.az-a verilən məlumata görə, R.Mahmudov ötən gün qarın boşluğunda yaranan ağrılar səbəbindən Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. 


Hazırda reanimasiya şöbəsində müalicə alan 79 yaşlı fizioloqun mədəaltı vəzidən əməliyyat olunacağı bildirilib.


“Dünən qarın boşluğunda kəskin ağrılar yaranıb və dərhal bizim klinikaya gətirdilər. Hazırda reanimasiyadadır. Yaxınları da burdadır” – deyə,  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından bildirilib.


Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov bir müddətdir ki, mədəaltı vəzidə yaranan xəstəlikdən əziyyət çəkir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top