"İnsanlar meydanda döyüşür, bunlar qadınların alt paltarında pul daşıyırdı" - İqbal Ağazadə

SİYASƏT 16 okt 2018, 15:54
Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Meydan TV-nin efirində 15-16 oktaybr hadisələrinin ildönümü ilə bağlı debata çıxıblar. 
 
Debatda Ümid Partiyasının sədri İqbal Ağazadə kəskin fikirlər söyləyib.
 
 
O AXCP sədri Əli Kərimlini Azərbaycan müxalifətini parçalayan şəxs adlandırıb: "Əli Kərimli birliyə gəlmədi də. 15 il öncə Əli Kərimli müxalifəti bir olmağa qoymadı. Başqa vaxt deyirlər ki, müxalifət bir olmalıdır, bəs o zaman niyə bir olmadız? Əli Kərimli bilirdi ki, əsas müxalifət İsa Qəmbərdir, ancaq o gedib Etibar Məmmədovun yanında dayandı. 2003-cü il bir olmaq üçün ən yaxşı dövr idi, nəyə görə şərt irəli sürürdü? Yanında olan adama deyə bilmirdi ki, gəl bir olaq?"
 
İqbal Ağazadə müxalifətdə olanları saxta qəhrəmanlıqda da suçlayıb: 
 
"Bu gün hamısı qəhrəman olmaq istəyir, qəhrəmanlıqdan danışır. Məni məcbur etməyin ki, 2003 ilə bağlı bütün faktları ortaya qoyum. İnsanlar meydanda döyüşür, bunlar qadınların alt paltarlarında evlərinə seyflərdə pul daşıyır. Onlardan biri də Arif Hacılı idi".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top