İranlı mühəndislərin istehsal etdiyi avtomobil dünya gündəmini zəbt etdi — FOTO / VİDEO

MARAQLI 15 okt 2018, 14:07

İranlı mühəndislər yeni avtomobil istehsal ediblər.


“Ölkə.Az” xəbər verir ki, əvvəllər “Citroen” və “Peugeot”a bənzər yerli avtomobillər istehsal edən İran indi də “Lamborghini Murcielago” modelinin eynisini hazırlayıblar. İranlı mühəndislərin yeni layihəsi dünya mətbuatının gündəminə düşüb.


“Lamborghini Murcielago” modeli artıq istehsal edilmir. Amma iranlı mühəndislər bu modelin eynisini istehsal edərək müştərilərə təqdim ediblər. İstehsal Təbriz şəhərində baş tutub. İstehsaldan əvvəl italyanların icazəsi alınıb.


Modelin bütün hissələri, mexanik və mühərrik sistemi orijinalına görə istehsal edilib.  Layihə rəhbəri Məsud Moradi bildirib ki, məqsəd İranın yerli avtomobil sahəsində super idman və lüks avtomobillər istehsal edə bilmək üçün təcrübə qazanmaqdır.

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top