"Yüksək vəzifə tutmaq fikrim yoxdur" - Robert Koçaryan

SİYASƏT 13 okt 2018, 21:29

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yeni ölkə hakimiyyətinin inqilabi romantizmini tənqid edib.

Demokrat.Az xəbər verir ki, bu barədə oktyabrın 13-də “Azadlıq” radiosunun erməni xidməti məlumat verib.

O, eyni zamanda “Bloomberg”ə müsahibəsində deyib ki, hazırda yüksək vəzifə tutmaq fikri yoxdur: 

“Yeni hökumətin qüsurlarını görürəm,ona məntiqli tənqidlər lazımdır”. 

Amma o, şəxsən nəyi dəyişmək istərdi barədə bir şey deməyib. “Bloomberg”in şərhçiləri, Moskva ilə sıx əlaqələri olan keçmiş prezidentin Ermənistandakı məxməri inqilabdan 5 ay sonra yenidən siyasətə döndüyünü deyirlər.

Qeyd edək ki, yeni Ermənistan hakimiyyəti Koçaryanı 2008-ci il mart hadisələrində-konstitusyon quruluşu dəyişməkdə ittiham edir. Həmin vaxt seçkidən az sonra keçirilən kütləvi etiraz aksiyaları yatırılarkən 10 adam öldü. Hazırda bu işlə bağlı Koçaryana qarşı cinayət işi açılıb. Onun barəsində həbs-qətimkan tədbiri də seçilmiş və həbs edilmişdi, amma az sonra apellyasiya məhkəməsi qərarı ləğv elədi.

Qeyd edək ki,2008-ci ilin prezident seçkisində, Koçaryandan sonra, Paşinyanın 5 ay əvvəl təşkil etdiyi etirazlarla hakimiyyətdən kənarlaşdırılan Serj Sarkisyan hakimiyyətə gəlmişdi.

Seçkinin saxtalaşdırıldığını deyən müxalifət qüvvələri isə küçələrə axışmışdı.

 
​Amma buna baxmayaraq Serj Sarkisyan 2 müddət hakimiyyətdə qaldı və konstitusiyaya düzəlişi ilə 5 ay əvvəl baş nazir kimi yenə də hakimiyyətdə qalmaq istəyəndə Paşinyan xalqı kütləvi etirazlara çağırdı. Sonda Sarkisian xalqın təzyiqi altında istefa verməli oldu.

“Bloomberg” yazır ki, hazırkı baş nazir Nikol Paşinyanın, keçmiş hakimiyyətin korrupsiya sistemi və qanunsuzluqlarından qəzəblənmiş Ermənistan xalqı arasında indi böyük rəğbəti var və keçmiş prezident Robert Koçaryanı həmin hadisələr görə mümkün həbs təhlükəsi gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top