Gürcüstanda prezidentliyə namizədin təşviqat materiallarını daşıyan yük maşını yandı

HADİSƏ 13 okt 2018, 19:58

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, avtomobil Türkiyədən Lilo gömrük terminalına yük daşınmasını həyata keçirib.

Yanğın maşın Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 28 kilometrliyində olarkən baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

S.Zurabişvilinin seçki qərargahı yük maşınında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, maşında təşviqat futbolkaları/maykaları olub.

Qərargah Gürcüstanın Daxili İşlər Nazirliyini faktı vaxtında araşdırmağa və yanğının baş vermə səbəblərini müəyyən etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top