Badamdarda sürüşmə hələ də davam edir

HADİSƏ 13 okt 2018, 18:57

Oktyabrın 13-də səhər saat 09:30 radələrində Səbail rayonu ərazisində, Badamdar, 20-ci sahəni birləşdirən yolda yeni sürüşmə hadisəsi qeydə alınıb.


Ekologiya Nazirliyinin mütəxəssislərinin verdiyi məlumata görə, istinad divarının böyük hissəsi dağılıb. 


Torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur.


Sürüşmə hələlik yaşayış evləri üçün təhlükə yaratmır. Amma torpağın hərəkəti davam etsə, üst hissədə yerləşən evlərə ziyan dəyə bilər. Bu səbəbdən 8 evin sakinləri evlərini tərk edib.


Mütəxəssislərin müşahidəsinə görə, sürüşmə zonasında fəallıq davam edir.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top