Makron Bakıya gəlməyəcək

SİYASƏT 13 okt 2018, 18:29

Fransa prezidentinin oktyabrın 13-də Bakıya səfəri haqqında məlumat təsdiqini tapmır. 


Diplomatik mənbənin Turan-a verdiyi məlumata görə, mətbuatın bu səfər haqqında ilkin məlumatları yanlış idi.


Qeyd edək ki, bir müddət əvvəl Fransanın La Tribune qəzeti belə bir səfər haqqında məlumat yayıb. Səfər çərçivəsində Azərbaycan HDQ üçün hərbi gəmilərin tikintisi haqqında müqavilə imzalanması planlaşdırılırdı. 
Bakıda bu yaxınlarda keçirilən silah sərgisi zamanı Fransa hərbi-sənaye kompleksinin nümayəndələri də bu barədə məlumat vermişdilər.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top