ATXƏM sədri dünyaca məşhur professorla görüşdü — FOTOLAR

MARAQLI 13 okt 2018, 15:55

Türkiyənin İzmir bölgəsində səfərdə olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov dünyada məhşur olan həkim, Berlin Humboldt Universitetinin Nerofizioloji və Patofizoloji kafedrasının professoru Karl Hechtlə görüşüb. 


Demokrat.Az xəbər verir ki, 95 yaşını qeyd edən ünlü professor dünyada sağlam yaşam və minerallarla tədavü sahəsində əsas uzmanlardan hesab olunur. Onun bu sahədə verdiyi seminarlar, mühazirələr dünyada böyük maraqla qarşılanır. 


Yubilyarı təbrik edən İham İsmayılov məşhur professoru Azərbaycana dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən alman həkim Azərbaycanda seminarlar verməyə razılıq verib.


Qeyd edək ki, professor Karl Hecht mühazirələrində həmişə gənc və sağlam qalmağın sirlərini açır. Təcrübə isə göz qabağındadır. Professorun özü 95 yaşında olmasına baxmayaraq həmişə təravətli, gənc və gümrah görünür. 


Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top