Gənclər arasında ədəbiyyatın təbliği layihəsinə yekun vuruldu — FOTOLAR

MARAQLI 13 okt 2018, 15:32

Gənclərin Sağlam İnkişafı ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında ədəbiyyatın təbliği və azərbaycan dilində səlis natiqlik bacarıqlarının artırılması” layihəsi uğurla başa çatdı.


Layihənin keçirilməsində əsas məqsəd gənclərdə mütaliyəyə maraq oyatmaq,müasir və klassik  yazarlarla gənclərin tanışlığını təmin etmək , savadlı və dünya ədəbiyyatında xəbərdar olan gənclik yetişdirmək ,həmçinin sabaha İntelektli  dil bilikləri zəngin gənclər hazırlamaqdan ibarətdir.


Layihə çərçivəsində Bakı və Ucar rayonunda  gənclərin iştirakı ilə 7 ədəbi məclis həyata keçirilmişdir ki ,  bu məclislərdə  hər bir gənc oxuduğu kitabı  analiz edərək və bu əsərin ona  və cəmiyyətə verdiyi tövhələr istiqamətində ictimai müzakirələr təşkil olunmuşdur.  


Beləki bu üsulla 3 ay müddətində davam edən layihə çərçivəsində gənclərin   natiqlik bacarıqlarının üzə çıxarılması və onlarda özünü ifadə etmə imkanlarının genişləndirilməsini nəzərə alaraq layihə “Fikir akademiyası” formasında yaxın zamanlarda davam etdiriləcəkdir.


Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top