Yığmamızın futbolçusu Millətlər Liqasında ən çox dəqiq ötürmə verib

İDMAN 12 okt 2018, 18:09

Futbol üzrə UEFA Millətlər Liqasının III turunun ilk oyunlarından sonra statistik məlumatlar açıqlanıb. 

 

Azərbaycan millisinin yarımmüdafiəçisi Rişard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçusudur.

 

Otuz yaşlı futbolçu keçirdiyi üç oyundan sonra 215 dəqiq ötürmə ilə I pillədə qərarlaşıb. Yığma komandamızın digər üzvü Qara Qarayev isə bu göstəricidə III sıradadır. Onun hesabında 201 ötürmə var. II pillədə isə İspaniya yığmasının mərkəz müdafiəçisi Serxio Ramos qərarlaşıb – 204 ötürmə.

 

Qeyd edək ki, Rişard Almeyda Azərbaycan yığmasının səfərdə Farer Adalarını 3:0 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb (oxu.az).

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top