Türkiyə və ABŞ-ı bir-birinə vuran keşiş azadlıqda !

DÜNYA 12 okt 2018, 17:46

Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxılıb.

 

Demokrat.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Xəbərə görə, İzmir Ağır Cinayətlər Məhkəməsi onun barəsində 3 il 1 ay 15 günlük həbs qərarı çıxarıb. Keşişin həbsdə olduğu müddət nəzərə alınaraq o, məhkəmə zalından azadlığa buraxılıb. 

 

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.

 

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

 

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrum etmə cəzası gözləyirdi.  

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top