"Ümidvaram ki, bizə də avtomobil verilər" - Hacı Əbdül (FOTO)

SOSİAL 11 okt 2018, 10:30

Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondundan 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib.

 

Moderator.az-a açıqlamasında “Tövbə” Cəmiyyətinin sədri Həci Əbdül ölkə başçısını bu sərəncamının təqdirəlayiq olduğunu bildirib:

 

“Ölkə başçısının bu sərəncamı çox müsbət qarşılayıram. Bu sərəncam onun din xadimlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. Dini icmalar bunu öz əməllərində sübut etsələr, hər şey yaxşı olacaq. Bizə avtomobil verilməsi ilə bağlı hələ ki, xəbər verilməyib, amma ümidvaram ki, bizə də avtomobil verilər”.


 
Xatırladaq ki, noyabr ayında növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub. Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sözügedən sərəncama uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobilləri də verilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top