Ciyərini oğlu, böyrəyini qızı verib — CANLI EFİRDƏ AÇIQLANDI

MARAQLI 11 okt 2018, 10:47

Cərrah-transplantoloq Elnur Fərəcov qonağı olduğu "Xeyirli axşamlar" verilişində maraqlı açıqlamalar verib.


"Ölkə.Az"-ın məlumatına görə, orqan köçürməsi prosesindən danışan mütəxəssis köçürmə zamanı donorun sağlamlıq durumunun xüsusi yoxlanıldığını diqqətə çatdırıb . 


Həkimin açıqladığı bir fakt isə verilişin digər qonaqlarının da təəccübünə səbəb olub:


"Əksər hallarda yaşlı insanlar, valideynlər orqanlarını öz övladlarına bağışlayırlar. Ancaq bir müddət öncə bir xəstəmizə həm qaraciyər, həm də böyür köçürdük. Ciyərini oğlu, böyrəyini qızı verib. Həmin şəxs hazırda özünü yaxşı hiss edir, sağlamlığına qovuşub".


Qeyd edək ki, "Xeyirli axşamlar" verilişinin aparıcısı Zaur Nəbioğludur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top