“Həbib Ermənistana hörmət edir. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyır...” – Güləşçidən ŞOK AÇIQLAMA

İDMAN 10 okt 2018, 16:48

"Həbib Nurməhəmmədov qarışıq döyüş növlərinin canlı əfsanəsi, məğlubiyyət bilməyən döyüşçüdür. O, mənim dostumdur. Onun Ermənistana da hörməti var".


Demokrat.Az milli.az-a istinadən xəbər verir ki, erməni güləşçi, sosial şəbəkələrdə “Maestro Miqran” kimi tranınan Miqran Edikoviç Harutyunyan İnstagram profilində belə yazıb.


Qeyd edək ki, Ermənistanın Eçmiədzin şəhərində doğulmuş 29 yaşlı Miqran Harutyunyan Rusiya vətəndaşlığını qəbul edib. 


O, ötən ilin avqustun 30-da abxaz müğənni Maktina Bebiya ilə evlənib.


Yunan-Roma güləşi ilə məşğul olmuş M.Harutyunyan 2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində gümüş medallar qazanıb.


M.Harutyunyan hazırda qaydasız döyüşlə məşğul olur və UFC turnirlərində çıxış edir.


O, UFC çempionu Həbib Nurməhəmmədovla “çox əla münasibətlər”inin olduğunu deyir.


M.Miqranyan Dağlıq Qarabağdakı terrorçu rejimin fəal təbliğatçılarından biri kimi tanınır. O, sosial şəbəkələrdəki paylaşımlarında sürəkli olaraq Dağlıq Qarabağı “müstəqil dövlət” kimi qələmə verir və dostlarınında ona dəstək verdiyini qeyd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top