Fərəc Quliyevin klubu ölkəyə saxta dünya çempionları gətirir - İDDİA (FOTO)

İDMAN 10 okt 2018, 14:43

Son zamanlar idmançılar saxta "dünya çempionları” ilə mübarizə aparır, onların yalançı qələbələri ilə bağlı sərt fikirlər bildirirlər.


Unikal.org-un əldə etdiyi məlumata görə, belə "çempionlar”ı ölkəmizə gətirən klublardan biri də "Bozqurd Fight Club”dur.


Klubun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Gürcüstanda keçirilən Dünya Çempionatında idmançılardan 5-i qələbə qazanıb və dünya çempionu tituluna sahib olub. Çempion olanlar arasında gənclər və yeniyetmələr də var. 


Apardığımız araşdırmaya görə, son 2 ilə yaxındır Azərbaycanın gənclər və yeniyetmələrdə "free-fighting” üzrə dünya çempionu olmayıb.  


Nəzərinizə çatdıraq ki, "Bozqurd Fight Club”un rəhbəri millət vəkili Fərəc Quliyevdir. O, ötən il yarışdan qayıdan, özlərini dünya çempionu kimi təqdim edən idmançıları qəbul etmişdi.


Maraqlısı ondadır ki, "Free-Fighting”in beynəlxalq qurumunun 2017-ci ilin dekabr ayında Gürcüstanda keçirilən dünya çempionatından xəbəri yoxdur. 


Məsələ ilə bağlı klubun prezidenti, deputat Fərəc Quliyevin özü ilə əlaqə saxladıq. 


O Unikal.org-a açıqlamasında saxta çempionların olması ilə bağlı məlumatları təkzib edib və başqa suala cavab verməyəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top