İcra başçısının yaxın qohumu korrupsiyaya görə saxlanıldı

HADİSƏ 10 okt 2018, 12:52

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.


Unikal.org-a daxil olan məlumata görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. 


O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.


Qeyd edək ki, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top