Bakı-Sumqayıt yolunda baş verən qəzada yol polisinin oğlu öldü — VİDEO / YENİLƏNİB

HADİSƏ 10 okt 2018, 10:55

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.Az Report-a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. 


Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.


Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. 


Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top